İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fələstin İnformasiya Mərkəzi"nin internet portalına istinadla verdiyi xəbərə görə, ekstirimist və radikal yəhudi təşkilatları və sionist qruplaşmaları çağırış edərək "Hənuka" bayramı günü yəhudilərin Əqsa məscidinə qarşı kütləvi və geniş yürüş etmələrini istəyiblər.
Sionist yəhudilər "Hənuka bayramı" günü bu bayram münasibəti ilə keçiriləcək mərasimləri qeyd etmək üçün "təlmud şamı"nı bu mübarək məsciddə yerləşdirmək niyyətindədirlər.
"Hənuka" bayram proqramları və mərasimləri sionist rejiminin kenesset üzvlərinin, o cümlədən Yəhuda Glik - radikal yəhudi xaxamı, Migi Zuher, Şuli Muelm, Prf. Erye Elded, İsrail Ariel və Şeymun Elbyum kimi radikal xamamların bir başa nəzarəti altında keçirilir.
Sionist xəbər agentliklərinin elan etdiyinə görə, sionist və radikal yəhudi təşkilatları və qruplaşmaları neçə gün öncədən Əqsa məscidinə kütləvi yürüşdə daha çox yəhudinin iştirak etməsi üçün təbliğat aparırlar.
Bu təşkilatların çağırış mətnlərində yazılır ki, sionist rejiminin polisləri Əqsa məscidinə yürüş zamanı sionist qəsəbə sakinlərinin təhlükəsizliyini təmin edəcəklər və buna görə də fələstinlilərə həmin gün bu məscidə giriş qadağan ediləcəkdir.
Bu yöndə "3-cü Məbəd" təşkilatı yəhudiləri Əqsa məscidinə yürüş etmək üçün təşviq edən və həvəsləndirən videokliplər yayır və elan edirlər ki, yürüşdə iştirak edənlərə yemək-içmək də veriləcəkdir. Həmçinin radikal yəhudi xaxamları Məscidul-Əqsaya hörmətsizlik etmək üçün hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, "hənuka" və "xənuka" adlanan bu mərasim ki, "ixlas bayramı" da deyilir, yəhudilərin hər ilin Dekabr ayında 8 gün müddətində keçirdiyi bayarmdır.
http://iqna.ir/fa/news/3556738