IQNA

Səudiyyə Ərəbistanı şiələrin işıqlarını kəsərək onları cəzalandırdı

12:22 - January 28, 2017
Xəbər sayı: 3481296
Səudiyyə rejimi iki gündür şiələrə qarşı təzyiqlərini davam etdirir. Bu rejim, şiələrin işıqlarını kəsərək onları cəzalandırdı.

Səudiyyə Ərəbistanı şiələrin işıqlarını kəsərək onları cəzalandırdı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Səudiyyə rejimi iki gündür şiələrə qarşı təzyiqlərini davam etdirir.

Belə ki, şiə müsəlmanlarının yaşadığı Qətif şəhərinin əl-Müsəvvərə bölgəsində artıq iki gündür ki, elektrik enerjisi yoxdur. Rejimə müxaliflərin verdiyi açıqlamaya görə, Səudiyyə Ərəbistanı həbsxanasında şəhid olan Məhəmməd əl-Əsəvinin cənazəsindən sonra başlayan etirazlar qarşısında rejim xalqı belə cəzalandırır.

Qeyd edək ki, əl-Müsəvvərə bölgəsi şiə müsəlmanlarının daha çox təşkilatlandığı bölgə sayılır.

captcha