İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ərəbistanın "əl-iqtisadiyyə" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistanın "Hail" əyalətinin qədim əsərlər muzeyinin tarixi əsərlər sərgisində müxtəlif qədim və tarixi əsərlərin sərgiləndiyinə baxmayaraq üç ədəd qədim və nadir əlyazma Quran nüsxəsi ziyarətçilər tərəfindən daha çox maraqla qarşılanıb.
Ərəbistanın "Hail" əyalətinin mərkəzi rayonu olan "Hail"də "Səhra Festivalı"nın 10-cu turunda qədim və tarixi əlyazma kitab nüsxələrinin və arxeoloji əsərlərin sərgisi təşkil edilib.
Bu sərgidə bütün tarixi və arxeoloji əsərlər arasında üç ədəd müxtəlif ölçüdə Quran nüsxəsi hamının marağına səbəb olub. Bu Quran nüsxələrindən biri tam şəkildə əvvəldən axıradək əl ilə yazılmışdır. Bu nüsxə hicri-qəməri tarixi ilə 1214-cü ildə yazılmışdır və 200 ildən çox bir tarixə malikdir. Bu nüsxənin uzunu 7 metdir və Quran-Kərimin bütün surə və ayələrini ehtiva etmişdir.
İkinci əlyazma Quran nüsxəsi isə Quran- Kərimin təkcə 26-cı cüzünə şamildir ki, təqribən 270 il öncə Mədinə şəhərində qızıl və zəfəran suyunun qatışığı ilə yazılmışdır.
Bu sərgidəki nadir Quranların üçüncü və ən kiçik nüsxəsi isə 3 sm. uzunluq və 2 sm. enində olub və sərgiyə gələnlərdə daha çox maraq doğurub. Həmin Quran nüsxəsi 224 il öncə, yəni 1214-cü hicri- qəməri ilində Misirdə kitabət edilmişdir.
Qeyd edək ki, bu sərgidə bu nadir Quran nüsxələrindən əlavə 38 min qiymətli və tarixi əsər sərgilənib ki, maraq doğuranlar arasında Monqol hakimiyyəti zamanından qalmış min il tarixə malik 800 min səudiyyə riyalı dəyəri olan qılınc və digəri isə İngilislərin 103 il öncəyə aid olan döyüş gəmiləri olub.
http://www.iqna.ir/fa/news/3569978