IQNA

İraqda ixtisaslaşdırılmış Quran araşdırmaları institutu açıldı

10:26 - February 06, 2017
Xəbər sayı: 3481319
İraqda Bəsrə şəhərinin "Dini Elmlər və Maarif Mərkəzi"nin təşəbbüsü ilə "Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu açıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqda Bəsrə şəhərinin "Dini Elmlər və Maarif Mərkəzi"nin təşəbbüsü ilə "Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu açıldı.

Rə`d əl- Bahilinin rəhbərlik etdiyi və İraqın Bəsrə şəhərində yerləşən "Dini Elmlər və Maarif Mərkəzi"nin təşəbbüsü ilə təsis edilən və Quran araşdırmaları ilə maraqlanan tədqiqatçıların istifadəsinə verilən "Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu Bəsrənin "ət-Tusiyyə" rayonunda yerləşir.

"Əl-Mustafa (s)" ixtisaslaşdırılmış Quran araşdırmaları institutu İraq Dini Elmlər Hövzəsinin və dini mədrəsələrinin və həmçinin Bəsrə əyalətinin Quran ustadlarının nəzarəti altında fəaliyyət göstərəcəkdir.

Yeni təsis edilmiş bu institutda "əhkame-tilavət" (tilavətin hökmləri), "Quran Elmləri", "Təfsir qaydaları", "Quranın qiraət növləri", "Təfsiri metod və baxışlar", "Quranın təfsir məntiqi", "təfisr və müfəssirlər", "əhkam ayələri", "Quran tarixi" və "Quran terminləri" kimi dərslər tədris ediləcəkdir.

http://iqna.ir/fa/news/3570638


captcha