İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın müsəlmanların işləri üzərə sənədlər və müşavirə mərkəzinin hazırladığı hesabatda deyilir ki, keçən miladi ilində müsəlmanlara qarşı həyata keçirilən islamofob hücumlar gözəçarpacaq dərəcədə çoxalıb.
Son illərdə Avropa cəmiyyətlərində mövcud olan və hər gün də genişlənməkdə və çoxalmaqda olan böyük problemlərdən biri də "islamofobiya" fenomenidir. Avropa ölkələrində hər ilin hesabatında öncəki ilə nisbətdə müsəlmanlar əleyhinə olan hücumların sayının çoxaldığı qeyd edilir.
Avstriyanın müsəlmanların işləri üzərə sənədlər və müşavirə mərkəzinin son günlərdə yaydığı hesabatda göstərilir ki, bu ölkədə müsəlmanlar əleyhinə islamofob hücumlar çoxalıb. Bu hesabata görə, keçən miladi ildə (2016) Avropada müsəlmanlar əleyhinə 253 islamofob hücum həyata keçirilib ki, 2015-ci il ilə müqayisədə 65% çoxalıb.
Həmçinin hesabatda bildirilir ki, Avropa ölkələrində islamofob hücumların ümdə qurbanları hicablı müsəlman xanımlar olublar. Beləki hücuma məruz qalan müsəlmanların 98%-ni xanımlar təşkil edirlər.
Hesabatda deyilir ki, Avropa cəmiyyətlərində, xüsusilə də Avstriyada islamofob hücumların çoxalmasında media və kütləvi informasiya vasitələrinin əsas amil kimi birbaşa təsiri vardır.
http://iqna.ir/fa/news/3586045