IQNA

Suriya ordu komandiri:
7:17 - April 08, 2017
Xəbər sayı: 3481513
Suriya ordusu ABŞ-ın Suriyanın hərbi qərargahına raket hücumu barədə bəyaniyyə verərək dedi: Bu hücum göstərdi ki, ABŞ əslində İŞİD, ən-Nüsrə və digər terrorist birləşmələrin şərikidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Suriya silahlı qoşunlarının komandiri ABŞ-ın Suriyanın hərbi qərargahına raket hücumu barədə bəyaniyyə verərək dedi: Bu hücum göstərdi ki, ABŞ əslində İŞİD, ən-Nüsrə və digər terrorist birləşmələrin şərikidir.

Suriya silahlı qoşunlarının komandiri vurğuladı: Bu gün (07.04.2017) sübh, ABŞ Suriyanın mərkəzində altı nəfərin ölümü, onlarla insanın yaralanması və çox miqdarda maddi xəsarət ilə nəticələn, ölkənin hava hücumundan müdafiə hərbi qərargahına etdiyi raket hücumunda özünün təcavüzkar və həmçinin İŞİD və ən-Nüsrə kimi terroristlər ilə olduğunu aşkara göstərdi.

Bəyaniyyədə deyilir: ABŞ-ın hamı tərəfindən məhkum edilən bu təcavüzü göstərir ki, bu ölkə öz səhv və yanlış strategiyasına davam edir və Suriya qoşunlarının terrorizmlə mübarizəsini zəiflədir. Amerika İŞİD və ən-Nüsrə kimi terroristlərin şərikidir. Çünki Suriyada müharibə başlanan gündən zalimcəsinə Suriyanın əleyhinə hərbi qərargahlar və mərkəzlərə hücum edir.

O əlavə etdi: ABŞ-ın Şeyxunda kimyəvi silahlardan istifadə edilməsini bəhanə edərək və işin həqiqətini araşdırmayaraq Suriyanın hava hücumundan müdafiə hərbi qərargahına hücum etməsi, əslində İŞİD və digər terroristlərə bu mesajı verir ki, hər vaxt istəsələr döyüş meydanlarında kimyəvi silahlardan istifadə etsinlər.

Suriya silahlı qüvvələrinin komandiri vurğuladı: Bu təcvüz bütün beynəlxalq qanunların əleyhinədir. Bu tərcavüz Suriyanın terrorizmlə mübarizədə zəiflədilməsi üçün hesablanmışdır.

O əlavə etdi: Bu təcavüzə cavab olaraq biz terrorizmlə mübarizə iradə və əzmimizi bir az da gücləndirəcəyik. Suriya xalqını müdafiə etməyi milli vəzifəmiz bilirik. Hədəfizim terrorizmi məhv etmək və təhlükəsizliyi Suriyaya qaytarmaqdır.

http://www.iqna.ir/fa/news/3587494


Teqlər: İQNA ، suriya ، abş ، işid ، ən-nüsrə
Ad:
E-poçt:
* Comment:
* captcha: