IQNA

12:00 - April 11, 2017
Xəbər sayı: 3481524
Həzrət İmam Əlinin (ə) KƏBƏ evindən anadan olmasının sirlərindən də biri budur ki, Allah- Taala bununla insanlara İmam Əlinin (ə) KƏBƏ evinin sahiblərindən biri olduğunu ismraıc etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Əlinin (ə) KƏBƏ evindən anadan olmasının sirlərindən də biri budur ki, Allah- Taala bununla insanlara İmam Əlinin (ə) KƏBƏ evinin sahiblərindən biri olduğunu ismraıc etdi. Və şayəd elə bu səbəbdən idi ki, qiblə də Qüdsdən Kəbəyə dəyişildi.

İmam Əlinin (ə) müqəddəs KƏBƏ evində anadan olmasının bir çox sirləri və səbəbləri vardır. Bunlardan biri kimi deyə bilərik ki, Kəbədə doğulmaq "İmam Əlinin (ə) bu evin əhlindən və sahiblərində biri olması"na işarə edir.

Höccətul- İslam vəl- müslimin Əli Əkbər Məhdipur İQNA ilə müsahibəsində bu məsələyə işarə edərək dedi: Müttəqilərin mövlası, möminlərin əmiri Həzrət İmam Əlinin (ə) bir çox üstünlük və fəzilətləri vardır. Həzrət Peyğəmbər (s) də hədislərdən birində buyurur ki, qardaşımın Əlinin (ə) fəzilətləri çox çoxdur və saymaq ilə qurtaran deyil. Bu barədə çoxsaylı hədislər varımızdır. Əhl-Sünnə alimlərindən olan Xarəzmi özünün "əl-Mənaqib" kitabında Peyrğəmbərdən (s) nəql edir ki, meşələr qələm və dəryalar mürəkkəb olsalar da İmam Əlinin (ə) fəzilətlərini yazıb qurtarmaq olmaz.

Əli Əkbər Məhdipur əlavə etdi: İmam Əlinin (ə) inkar edilməz fəzilətlərindən biri də O həzrətin (ə) müqəddəs KƏBƏ evində anadan olmasıdır. Xristianların dini rəhbərlərindən biri demişdi ki, "əgər belə bir məqam İsanın (ə) olsaydı və Həzrət İsa "KƏBƏ" və ya Beytul-müqəddəsdə anadan olsaydı, biz bunu bütün dünyaya car çəkərdik, amma siz müsəlmanlar bu məsələni elan etmir və qabartmırsınız". Və doğru da deyir, çünki biz müsəlmanlar bu mövzunun üzərində az dayanmışıq və bu məsələ müsəlmanlar arasında sönüküb.

Höccətul- İslam vəl- müslimin Əli Əkbər Məhdipur əlavə etdi: Mən bu barədə 450 qaynaqdan istifadə edərək "Molude Kəbə" (Kəbə mövludu) adlı kitab yazmışam və bu məsələyə orada aydınlıq gətirmişəm.

O əlavə etdi: Həzrət İsanın (s) anası Həzrət Məryəm uzun illər Beytul-müqəddəsdə ibadətə məşğul olmasına baxmayaraq doğuş zamanı gəldikdə ona əmr edildi ki, Beytul-müqəddəsi tərk etsin. Amma İmam Əlinin (ə) anasına əmr edildi ki, körpəsini dünyaya gətirmək üçün Kəbəyə girsin. Bu zaman Kəbənin divarı hamı görəcək və eşidəcək bir səslə yarıldı və Həzrət Fatimə bint Əsəd Kəbəyə daxil oldu. Bildiyiniz kimi bu təsadüfi bir hadisə deyil. Belə deyil ki, Fatimə bint Əsəd dua üçün Kəbəyə əsas qapıdan daxil olmuşdu və orada ağrısı tutdu və uşağı dünyaya gətirdi. Bəlkə xanımın ora gəlməsi Allahın əmri ilə olmuş və ora girməsi və 3 gündən sonra ordan çıxması da möcüzəvi şəkildə baş vermişdir. Və bu dastanda çox zərif və incə nöqtə və məqamlar vardır. Belə ki, Həzrət Fatimə bint Əsəd Kəbədən çölə çıxanda hamı xəbəri eşidib gəlmişdi. Əbu Talib uşağı qucağına aldı və gəlininə dedi ki, bu Allahın höccətidir. Amma Əli (ə) gözlərini Əbu Talibin üzünə açmadı. Onu evə gətirdilər. O zaman peyğəmbər Əbu Talibin evində idi. Uşağı Peyğəmbərin qucağına verdilər. İmam Əli (ə) gözlərini Peyğəmbərin (s) üzünə açdı.

http://iqna.ir/fa/news/3588749/


Ad:
E-poçt:
* Comment:
* captcha: