IQNA

9:56 - April 18, 2017
Xəbər sayı: 3481552
Kərbəlada Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin yeni şöbəsi iranlı qari Hamid Şakirnəjadın iştirakı ilə İraqın paytaxtı Bağdadda açıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" - Quran Xəbər Agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kərbəlada Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin yeni şöbəsi məşhur iranlı qari Hamid Şakirnəjadın iştirakı ilə İraqın paytaxtı Bağdadda açıldı.

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi yeni şöbəni öz Quran fəaliyyətlərinin genişləndirilməsi hədəfi ilə ölkənin mərkəzi şəhərində təsis etmişdir.

Yeni şöbənin açılım mərasimi Bağdadın "Şölə" rayonunun "Əl-Bizəətut-Tahirə" hüseyniyyəsində tanınmış iranlı qari və peşəkar Quran qiraətçisi Hamid Şakirnəjad, Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin qarisi Üsamə Kərbəlayi və müqəddəs Kazimeyn hərəminin qarisi Seyyid Əbdülkərim Qasimin iştirakı ilə keçirildi.

İraqın şəhərlər üzrə Quran müəssisələrinə nəzarət idarəsinin müdirləri, Bəsrə şəhərinin Quran dərnəyi aktivistlərinin rəisi Qasim Maliki, yerli məsullar və Şölə rayonunun şeyxləri bu açılış mərasimində iştriak ediblər.

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin yeni şöbəsinin açılış mərasimində İraqın dini nəğmələr qrupu olan "Nəbras" iştirakçılar üçün Qurani nəğmələr icra edib.

Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi İraqdan xaricdə, o cümlədən Qum, İndenoziya və Livan və həmçinin İraqın müxtəlif şəhər və rayonlarında milli və dini mədəniyyətin və Quran və İslam maarifinin yayılması, genişləndirilməsi və möhkəmləndirilməsi yönündə bir çox işlər görmüşdür ki, bunlardan biri də İraqın müxtəlif şəhərlərində öz nümayəndəliklərinin təsis edilməsidir.




Ad:
E-poçt:
* Comment:
* captcha: