İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycanın respublikasının Quran- Kərimin hifzi və qiraəti üzərə fəallarından iki nəfəri İranın 34-cü beynəlxalq Quran yarışlarında iştirak etmək üçün bu ölkədə səfərdədirlər.
Onları İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət İşləri İdarəsinin təşəbbüsü və İİR-nın Vəqflər Nazirliyi və Xeyriyyə İşləri Təşkilatının dəvəti ilə bu yarışlara ezam ediliblər.
Azərbaycan respublikasının beynəlxalq dərəcəli peşəkar qiraət ustası Əlizaman Əliyev və Quran hafizi Anar Ağayev İİR-nın Vəqflər Nazirliyi və Xeyriyyə İşləri Təşkilatının keçirdiyi 34-cü beynəlxalq Quran yarışlarında iştirak edəcəklər.
İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışları, Tələbələrin 5-ci beynəlxalq Quran yarışları, "qəlbinur"ların (gözləri görməyənlər) 2-ci beynəlxalq Quran yarışları və Din Elmi Hövzə tələbələrinin 1-ci beynəlxalq Quran yarışları dünyanın 80 ölkəsinin iştirakı ilə cari ilin Aprel ayının 20-dən 29-dək Tehranın "Böyük Müsəlla"sında keçiriləcəkdir.
Yarışlar Quranın hifzi və Qiraəti üzrə bəylər, xanımlar arasında böyüklər, şagirdlər, "qəlbinur"lar (gözdən əlil olanlar) və dini elm tələbələri kateqoriyalarına bölünməklə keçiriləcəkdir.
http://iqna.ir/fa/news/3590740