IQNA

ABŞ İraqa qayıdarsa, biabır olacaq

12:49 - May 28, 2017
Xəbər sayı: 3481702
Verilən son məlumata əsasən, İraqın “Nücəba” hərəkatının baş katibi Şeyx Əkrəm əl-Qabi ABŞ-a xəbərdarlıq edib.

ABŞ İraqa qayıdarsa, biabır olacaq

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraqın "Nücəba” hərəkatının baş katibi Şeyx Əkrəm əl-Qabi ABŞ-a xəbərdarlıq edib.

"Əgər ABŞ İraqa qayıdarsa, biz də qayıdacağıq və keçmişdə olduğu kimi amerikalı qüvvələrin ölkədən çıxarılma razılaşmasına boyun əyməyə məcbur edəcəyik”, - deyə Şeyx Əkrəm əl-Qabi diqqətə çatdırıb.

Şeyx Əkrəm əl-Qabi vurğulayıb ki, İraqdakı xalq hərəkatı yarandığı gündən İŞİD-ə qarşı böyük uğurlar əldə edib. "Nücəba” hərəkatı baş katibi bəyan edib ki, ABŞ İraqa qayıdarsa, biabır olacaq.

Teqlər: abş ، iran ، quran ، İslam ، iqna ، məscid ، nücəba
captcha