IQNA

11:24 - May 29, 2017
Xəbər sayı: 3481706
ABŞ-da müsəlman kişi pizza restoranına qarşı məhkəmə iddiası qaldırıb və 100 milyon dollar təzminat istəyir.

Müsəlmanlara donuz ətindən pizza satan restoran məhkəməyə verildi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-da müsəlman kişi pizza restoranına qarşı məhkəmə iddiası qaldırıb və 100 milyon dollar təzminat istəyir. Buna səbəb isə ona restoranda 2 dəfə donuz ətindən olan kolbasalı pizzanın satılması olub, baxmayaraq ki, müsəlman əvvəlcədən xahiş demişdi ki, onun sifarişində bu kolbasalardan istifadə edilməsin.

Miçiqan ştatının Dirborn şəhərinin sakini Muhəmməd Bazzi "Little Caesars” restoranlar şəbəkəsindən 2 dəfə pizza sifariş edib. Bazzi mart ayında üzərində "halal” möhürü olan pizza almışdı. Lakin Bazzi və onun xanımı pizzanın dadına baxandan sonra anlayıblar ki, onların "Pepperonisinə” (pizzanın növlərindən biri) donuz əti vurulub. Bazzi özünün də daha əvvəl pizza restoranında işlədiyini və buna görə də donuz ətindən hazırlanan "Pepperonini” seçə bildiyini bildirib. Qəzəblənmiş Bazzi şikayətlə polisə müraciət edib.

Bazzi 2-ci dəfə pizza sifariş verdikdə isə ona yenidən donuz ətindən hazırlanmış pizza veriblər.

"Biz o pizzanı yedikdə çox pis olduq.”, - deyə müsəlman cütlük bildirir.

"Halal donuz əti” kimi bir anlayış yoxdur. Donuz ümumiyyətlə İslamda qadağan edilib.”, - deyə ailənin vəkili Məcid Muqni bildirib.

Qeyd edilir ki, oxşar hadisə 2011-ci ildə "McDonald`s” restoranlar şəbəkəsinə 700 min dollara başa gəlmişdi. Belə ki, restoran halal olmayan toyuq ətini halal adı altında satırdı.

Müsəlmanlara donuz ətindən pizza satan restoran məhkəməyə verildi

Teqlər: Quran ، iqna ، İQNA ، donuz əti ، pizza ، müsəlman ، İslam ، məscid
Ad:
E-poçt:
* Comment:
* captcha: