IQNA

Bakının qədim Hacı Cavad məscidi dağıdılıb

12:44 - July 01, 2017
Xəbər sayı: 3481813
Bir qrup məscidin dağıdılması zamanı həmin məkanda olaraq, bu qədim məscidin uçurulması ilə bağlı öz narahatçılığını bildiribdir.


Bakının qədim Hacı Cavad məscidi dağıdılıb

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Fakt-Xəbər-a istinadla verdiyi məlumatına görə, məscidin dağıdılmasından öncə məscidin rəyasət heyətinə onun dağıdılacağına görə məscidi boşaltması barədə məlumat verilmişdi və dünən axşam məscid, boşaldıqdan sonra uçurulubdur.

Bu məlumatda deyilir: Bir müddət bundan öncə bu məscidin qədim məntəqədə və abadlıq layihələrinin icrası məkanında yerləşməsinə görə dağıdılması əhalinin narazılığına səbəb olmuşdu ki, Azərbaycan R-nın prezidenti məscidin dağıdılmasının dayandırılması haqda göstəriş verdi və məsələnin araşdırılması üzrə xüsusi qrupun təşkilindən sonra sonda Azərbaycan R-nın prezidenti tərəfindən elə həmin adda yeni bir məscidin inşası barədə göstəriş verildi ki, onun inşa əməliyyatına başlanıldı. Məscid hazırda Bakının Yasamal rayonunda yerləşən Şərifzadə küçəsi və Mətbuat prospektinin kəsişdiyi nöqtədə tikilməkdədir.

Fakt-Xəbər-in məlumatına görə, bundan öncə də Hacı Cavad məscidinin rəyasət heyətinə bildirilmişdi ki, mübarək ramazan ayından sonra bu məscid dağıdılacaqdır.

Maidə.az xəbər saytı bu xəbərlə bağlı məlumatında qeyd edibdir ki, bir qrup mömin də məscidin dağıdılması zamanı həmin məkanda olaraq, bu qədim məscidin uçurulması ilə bağlı öz narahatçılığını bildiribdir.

captcha