IQNA

14:56 - August 23, 2017
Xəbər sayı: 3482011
Təkfirçi və terrorist Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hərbi hava qüvvələrinə məxsus qırıcı bombardmanların Sənaya hücumu zamanı otuzdan çox yəmənli sivil vətəndaş şəhid oldu.

İQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, təkfirçi və terrorist Səudiyyə Ərəbistanı və onun Amerikaya nökərçilik edən müttəfiqlərinin hərbi hava qüvvələrinə məxsus qırıcı bombardmanların Sənaya hücumu zamanı otuzdan çox yəmənli sivil vətəndaş şəhid oldu.

"əl-ALƏM" peyk tv kanalının xəbər və informasiya portalının Yəmənin "əl-Müseyrə" peyk tv kanalına istinadla verdiyi məlumata deyilir ki, təcavüzkar, təkfirçi və terrorist Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənin paytaxtı Sənada yeni cinayətə əl atıblar.

Yəmənin "əl-Müseyrə" peyk tv kanalı elan etdi: Təcavüzkar, təkfirçi və terrorist Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hərbi hava qüvvələrinə məxsus qırıcılar Yəmənin Səna əyalətinin Ərhəb regionunu bombardman ediblər ki, bu hücumda onlarla insan yarlanıb və otuzdan çox sivil vətəndaş şəhid olub.

Yəmən informasiya agentliklərinin yayımladıqları xəbərə görə, təcili yardım maşınları hadisə yerinə göndərilib və bu cinayətdə şəhid olanların sayının artması ehtimalı da vardır.

http://www.iqna.ir/fa/news/3633718


Teqlər: İQNA ، Yəmən ، Səna ، Səudiyyə
Ad:
E-poçt:
* Comment:
* captcha: