IQNA

Qədir-Xum bayramı münasibətilə;

İmam Əlinin (ə) hərəmi İranın hədiyyə etdiyi 20 min şaxə gül ilə bəzədiləcəkdir + Foto

11:24 - September 08, 2017
Xəbər sayı: 3482115
İmam Əlinin (ə) müqəddəs hərəminin səhnə-sərası bu gün İslam ümmətinin ən böyük bayramı olan Qədir-Xum bayramı münasibəti ilə 20 min gül şaxəsi ilə bəzədiləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, möminlərin mövlası, İslam Peyğəmbərinin (ə) canişini və xəlifəsi Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin səhnə-sərası bu gün, Cümə günü, 8 Sentyabr 2017-ci il, İslam ümmətinin ən böyük bayramı olan Qədir-Xum bayramı münasibəti ilə İran İslam Respublikasının bu müqəddəs hərəmə hədiyyə etdiyi 20 min gül şaxəsi ilə bəzədiləcəkdir.

Bu xəbərə görə, Həzrət İmam Əlinin (ə) mübarək və nurani hərəmində böyük Qədir- Xum bayramının əzəmətli və idzihamlı keçirilməsi üçün hərtərəfli hazırlıqlar davam edir.

Əhli-Beyt (ə) aşiqləri və İmam Əli (ə) hərəminin xadimləri neçə gün öncədən bu müqəddəs məkanda bayram hazırlıqları görürlər, hər tərəf güllər ilə bəzədilir, Qədir-Xum simvolları hərəmin hər tərəfindən qurulur, İmamın (ə) mübarək zərihi və bütün eyvanlar Qədir-Xum bayramı münasibəti ilə İran İslam Respublikasının bu müqəddəs hərəmə hədiyyə etdiyi 20 min gül şaxəsi ilə bəzədilir.

Müqəddəs hərəminin bayram hazırlığında iraqlı, iranlı və digər ölkələrdən olan Əhli-Beyt (ə) aşiqləri könüllü xidmət edirlər.

http://www.iqna.ir/fa/news/3639695

حرم علوی با 20 هزار شاخه گل ایرانی تزیین می‌شود + عکس

گل‌آرایی و آذین‌بندی حرم علوی به مناسبت عید غدیر + عکس

captcha