İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, şənbə günü, 9 sentyabr 2017-ci il, İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"ndə "Avropa Ölkələrinin V Quran Yarışları"nın seçmə mərhələsi keçirilib.
Bu barədə İQNA- ya (Beynəlxalq Quran Xəbər Agentliyi) İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "Darul-Quran"ın məsulu Rəhmətullah Bəyat məlumat verib.
"Avropa Ölkələrinin V Quran Yarışları"nın ilkin mərhələsi dünən, şənbə günü səhər saat 8:00-dan axşam saat 19:00-dək davam edib.
Yarışların final mərhələsi, bu gün, bazar günü, 10 sentyabr 2017-ci il, yerli vaxtla saat 8:30-da başlayacaq və saat 13:00-dək davam edəcəkdir.
Yarışların yekun mərasimi və Qədir-Xum bayramı şənliyi bu gün, günün ikinci yarısında, İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"nin toplantı zalında, yerli vaxtla saat 18:00-dan 19:00-dək keçiriləcəkdir.
http://www.iqna.ir/fa/news/3639865