Ali-Xəlifə rejiminin Bəhreyndə Hüseyn(ə) əzadarlarına və Aşura simvollarına qarşı yürüşünün ardınca Bəhreyn İnsan Haqları Mərkəzi bu rejimin təcavüzləri barədə hesabat yayıb.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Bəhreyn İnsan Haqları Mərkəzi bu hesabatda Ali-Xəlifə rejiminin xüsusən Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadətilə bağlı əzadarlıq günlərində Bəhreyn xalqının dini azadlıqlarına qarşı təcavüzlərinin şiddətlənməsindən nigarançılıq edərək, dini mərasimlərin yerinə yetirilməsinin azad və himayə edilməsi sahəsində bu rejimin hökmranları tərəfindən zəmanətlərin verilməsi mövcudluğunu vurğulayıb.