IQNA

Bəhreynin hüquqi təşkilatları bu ölkənin həbsxanalarının yoxlanılmasını istədilər

7:33 - October 21, 2017
Xəbər sayı: 3482288
Bəhreynin hüquqi təşkilatları Beynəlxalq Qırmızı Xaç təşkilatından və BMT-nin reportyorlarından bu ölkənin həbsxanalarının vəziyyətini yoxlamalarını tələb etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin hüquqi təşkilatları Beynəlxalq Qırmızı Xaç təşkilatından və BMT-nin reportyorlarından bu ölkənin həbsxanalarının vəziyyətini yoxlamalarını tələb etdilər.

Bəhreynin hüquqi təşkilatları bəyaniyyə yayaraq beynəlxalq təşkilatlardan bu ölkənin həbsxanalarında məhbusların vəziyyəti ilə maraqlanmalarını tələb etdilər, bəhreynli məhbusların düşdüyü çətin və əzablı duruma son qoyulmasını və məhbusların hüquqlarının bərpa olunmasını istədilər.

Bu bəyaniyyədə BMT-nin insan hüquqları şurasına üvz olan ölkələrdən tələb olunur ki, bəhreynli məhbusların vəziyyətinin yaxşılaşdırılması üçün ciddi tədbir görsünlər, bəhreynli məhbuslar ilə görüşüb danışsınlar və Bəhreynin həbsxanalarının hamısına baxış keçirsinlər.

Bəhreynin hüquqi təşkilatları Bəhreyn dövlətindən məhbusların, xüsusi ilə də siyasi məhbusların hüquqlarına riayət etməsini, məhbuslara əzab və işkəncə verilməsinin dayandırılmasını tələb etdilər.

Bu bəyaniyyədə deyilir ki, Bəhreyndə 2011-ci ildən indiyədək 330 nəfəri qadın və 968 nəfəri uşaq olmaqla 12 min nəfərdən çox insan gülünc bəhanələr ilə günahsız olaraq həbs edilib. Hazırda isə 4000 günahsız insan Bəhreyn rejimi ilə müxalif olduğu üçün həbsdədir ki, onlardan 12 nəfəri qadındır.

Bundan əlavə Bəhreyn həbsxanalarında olan məhbusların sayı həmin həbsxanaların tutumundan 50% çoxdur. Həmçinin məhbusların mülkiyyəti müsadirə edilməklə yanaşı şəxsiyyətləri də təhqir olunur və vətəndaşlıq hüquqlarından məhrum edilirlər.

Qeyd edək ki, bəhreynli məhbuslar keçən həftədən aclıq aksiyası keçirirlər və hüquqlarının bərpa edilməsini, onlar üçün tibbi imkanların yaradılmasını, namazxana və məscidlərinin olmasını, dini mərasimlərini azad keçirmələrini və yaxınları ilə görüşmək üçün gözləmə otaqlarının düzəldilməsini tələb edirlər.

http://www.iqna.ir/fa/news/3654712


Teqlər: iqna ، bəhreyn ، məhbus ، bmt ، aclıq aksiyası
captcha