İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il bütün dünyada Oktyabr ayında beynəlxalq səviyyədə "döş xərçəngi" xəstəliyi barədə bir aylıq maarifləndirmə kampaniyası keçirilir. Bu kampaniyanın simvolu çəhrayı rəngli şerit və lentdir.
Pakistanın ən böyük məscidlərindən biri olan Feysəl məscidi də "sinə xərçəngi xəstəliyi" barədə bir aylıq maarifləndirmə kampaniyasına qoşularaq çəhrayı rəngə büründü.
Bundan əlavə Pakistanın İslamadab şəhərinin bir çox hündür binaları da çəhrayı rəngli çıraqlar asaraq binaları çəhrayı rənglə işıqlandırıblar və bununla sinə xərçəngi xəstələri ilə həmdərd olqudlarını bildiriblər.
Bu kampaniyanın Pakistandakı icraçı məsulu dedi: Pakistan qadınlarının 1,2 milyon nəfəri bu xəstəlik təhlükəsi ilə üz-üzədirlər və hər il 40 min nəfər bu xəstəlik ucbatından həyatını itirir.
O əlavə etdi: Bu xəstəlik barədə maarifləndirmə işi aparmaqla yanaşı xəstəxana və müalicə mərkəzlərinin sayını çoxaltmaq lazımdır.
Ömər Afitab (kampaniyanın Pakistandakı icraçı məsulu) dedi: Ana, bacı, qız və həyat yoldaşımızı bu xəstəliklə itirmək müsibətinə düçar olmamaq üçün hamımız bu kampaniyanı dəstəkləməliyik.
http://www.iqna.ir/fa/news/3656407