IQNA

Türkiyəli 66 yaşlı xanım Quran oxumağı yeddi günüə öyrəndi

9:46 - November 05, 2017
Xəbər sayı: 3482343
Türkiyəli xanım Ayfər Onur ömrünün 66-cı baharında Qurani-Kərimin təlimi kurslarında iştirak edərək yeddi gün müddətində bu müqəddəs kitabı oxumağı öyrəndi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, türkiyəli xanım Ayfər Onur ömrünün 66-cı baharında Qurani-Kərimin təlimi kurslarında iştirak edərək yeddi gün müddətində bu müqəddəs kitabı oxumağı öyrəndi.

Türkiyənin "ixlas" xəbər və informasiya portalının yaydığı xəbərə görə, xanım Ayfər Onurun 66 yaşı var və İzmir əyalətinin Bouca rayonunda yaşayır.

Bu yaşlı xanım Quran təlimi kurslarına yazılaraq bu kurslarda yeddi gün iştirak etmiş və öncədən Qurani-Kərimi oxumağı heç bacarmadığı halda həmən müddət ərzində Qurani-Kərimi tərtil tilavəti ilə oxumağı öyrənmişdir.

Altımış altı yaşlı Ayfər xanımın Quran oxumağı öyrənməsi onun dostlarının təəccüb və heyərtinə səbəb olmuşdur.

Bouca rayonunun müftisi Məhərrəm Gül bu barədə dedi: Şəhərimizin Quran təlimi kurslarında yetmiş nəfər Qurani-Kərimi oxumağı öyrənirlər. Xanım Ayfər də onlardan bidirir. Amma onun qoca yaşında ikən bu cür huş və istedada sahib olması bizim hamımızı təəccübləndirdi.

http://iqna.ir/fa/news/3659807


Teqlər: iqna ، türkiyə ، quran təlimi
captcha