IQNA

ŞİƏ kanallarının açılması tələb olundu;

İstambulda illik ƏRBƏİN mərasimi keçirildi + Foto

10:04 - November 07, 2017
Xəbər sayı: 3482355
Türkiyənin Şiə Alimləri Birliyinin təşəbbüsü ilə İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi astanasında İstambulun "Möhsün Yazıçıoğlu İdman Kompleksi"ndə illik ƏRBƏİN mərasimi konfransı keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Şiə Alimləri Birliyinin (EHLADER) təşəbbüsü, yüzlərlə Əhli-Beyt (ə) aşiqi və İran İslam Respublikasından dəvət edilmiş qonaqların iştirakı ilə İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi astanasında keçən həftənin bazar günü, 5 Noyabr 2017-ci il, İstambulun "Möhsün Yazıçıoğlu İdman Kompleksi"ndə illik ƏRBƏİN mərasimi konfransı keçirildi.

Mərasimdə İran İslam Respublikasından Mərağə şəhərinin Cümə namazı xətibi və "xübrəqan məclisinin üzvü" Ayətullah Pur Məhəmmədi, İranın İstambuladkı konsulluğunun mədəni əlaqələr idarəsinin məsulu Əbdürrza Raşid, Türkiyə Şiə Alimlər Birliyinin rəisi Qədir Akaras və digər dini, ictimai və siyasi şəxsiyyətlər iştirak ediblər.

Türkiyə Şiə Alimlər Birliyinin rəisi Qədir Akaras çıxışında İmam Hüseyn (ə) və aşiqləri barədə hədislərə işarə edərək dedi: AŞURA və Kərbəla fədakarlıq məktəbidir və bu fədakarlığın nümunəsini biz bu gün ƏRBƏİN piyada yürüşü mərasimində görürük.

O əlavə etdi: Bu gün də adını professor qoyan bəzilərini tv kanallarda və sosial şəbəkələrdə İmam Hüseyn (ə) məktəbini gözdən salmağa çalışırlar. Buna görə də "Ləbbeyk Ya Hüseyn" sədaları və bu mərasimlərin keçirilməsi zamanın yezidlərinin ağzına dəyən möhkəm bir yumuruqdur.

Qədir Akaras çıxışının davamında Amerika və Qərb ölkələrinin İslam ilə savaşına işarə edərək dedi: İmam Hüseynə (ə) tərəf yolda olan milyonlarla aşiq göstərir ki, heç bir qüdrət bu məktəbi zillətə düçar edə bilməyəcək. Çünki bu dinin xəmiri İmam Hüseyn (ə) məhəbbəti ilə yoğrulub və heç kim müsəlmanları məhv etmək gücündə deyil.

Mərasimdə çıxış edən digər iştirakçı Əli Yeral (Türkiyə Ələvilərinin Əhli-Beyt (ə) dərnəyinin rəisi) İmam Hüseynin (ə) barəsində deyilmiş "nicat gəmisi" hədisini izah edərək dedi: İmam Hüseynə (ə) olan eşq zahiri deyil, batinidir, bu, insanların içindən gələn bir eşqdir ki. 20 milyon cəmiyyəti Kərbəlaya çəkir.

O vurğuladı: Türk ümməti Əhli-Beyti (ə) sevir və heç kəs bu ümməti yezidilər tərəfə çəkə bilməz.

Mərasimdə çıxış edənlər Türkiyədə bağalanan şiə TV kanalları məsələsinə də işraə edərək ən tez zamanda bu kanalların (kanal-12 və kanal-14) açılmasınıı tələb etdilər.

http://iqna.ir/fa/news/3660768


















Teqlər: iqna ، Ərbəin ، türkiyə ، ehlader
captcha