İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, Cümə günü, 20 Səfər 1439-cu il (10 Noyabr 2017-ci il) şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) "qırx" mərasimi keçirildi. Bu münasibətlə Əhli-Beyt (ə) aşiqləri və azadlıq sevər insanlar dünyanın hər yerindən Kərbəlaya toplanmışdılar.
Bu böyük toplantıda iştirak edənlər dəqiq sayı məlum olmasa da, ilkin hesablamar göstərir ki, bu il, ƏRBƏİN mərasimində iştirak etmək üçün Kərbəlaya 27 milyon civarında insan toplaşıb.
Milyonların iştirak etdiyi bu ziyarət mərasimində ağır itki və tələfatlı heç bir hadisə qeydə alınmayıb. Ziyarətin təhlükəsizliyini 50 min nəfər təhlükəsizlik qüvvələri təmin edib.
ƏRBƏİN mərasimində zəvvarlara müxtəlif xidmətlər göstərən 10 min xidmətçi heyət iştirak edib.
Bu mərasimdə dünyanın bir çox ölkələrindən, o cümlədən Amerika, Avropa Orta Şərq, Asiya və Afrika ölkələridən müsəlmanlar iştirak ediblər.
Mərasimi 60-ı xarici olmaqla 200 media və "kiv" təşkilatı işıqlandırıb.
http://iqna.ir/fa/news/3661724
http://iqna.ir/fa/news/3661780