IQNA

31-ci Beynəlxalq İslami Vəhdət Konfransında 93 ölkədən qonaq iştirak edəcək

5:55 - November 30, 2017
Xəbər sayı: 3482444
31-ci Beynəlxalq İslami Vəhdət Konfransı “Vəhdət və Müasir İslam sivilizasiyasının tələbləri” şarı ilə Tehranda keçirləcək. Konfrans dekabr ayının 5-dən 3 gün müddətinə keçiriləcək
İNQA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 31-ci Beynəlxalq İslami Vəhdət Konfransı "Vəhdət və Müasir İslam sivilizasiyasının tələbləri” şarı ilə Tehranda keçirləcək.
Cari ilin dekabr ayının 5-dən 3 gün müddətinə keçiriləcək konfransda dünyanın 93 ölkəsindən 500 qonaq iştirak edəcək.
İslami Məzhəblərin Yaxınlaşması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsin Əraki bu gün keçirdiyi mətbuat konfransında deyib ki, konfrans iştirakçılarının əksəriyyəti ilk dəfədir ki, bu konfransa qatılır.
Konfrans iştirakçılarının İslam İnqilabının banisi mərhum Ayətullah İmam Xomeyninin (rə) məqbərəsini ziyarət etməsi və Ali Rəhbər Ayətullah Xamenei ilə görüşü nəzərdə tutulub.
Konfransa 70-dən çox məqalə göndərilib. /maide.az/
Teqlər: iqna ، İslami vəhdət ، iran
captcha