IQNA

11:56 - December 13, 2017
Xəbər sayı: 3482505
Taylandın müxtəlif şəhərlərində 95 nəfər buddist rahib həbs edilib. Həbs edilən buddist rahib və manaxlar ölkədə müxtəlif cinayətlərin təşkili və həyata keçirilməsində təqsirləndirilir.


Tayland dövləti cinayət işləmiş buddist rahibləri həbs etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya bürosuna istinadla verdiyi xəbərə görə, Taylandın müxtəlif şəhərlərində məbəd və manastırlarda fəaliyyət göstərən 95 nəfər buddist rahib və manax həbs edilib.

Həbs edilən buddist rahib və manaxlar ölkədə müxtəlif cinayətlərin təşkili və həyata keçirilməsində təqsirləndirilir.

Xəbərdə deyilir ki, Tayland polisi keçirdiyi əməliyyat zamanı ölkənin müxtəlif məbəd və manastırlarında 95 manax və rahibi həbs edib. Bu rahib və manaxlar, müxtəlif ictimai və fərdi cinayətlərin, o cümlədən siyasi işlərə dəxalət, qeyri-əxlaqi əlaqələr, iqtisadi fəsadlar və rüşvətxorluq kimi hallara görə həbs ediliblər.

Bundan öncə də Manaxların və Buddist Rahibkərin İşləri Təşkilatı dövlət tərəfindən tapşırıq almışdı ki, manastıra yeni adamların qəbulunda diqqətli olsunlar və qəbul üçün çətin şərtlər ortaya qoysunlar ki, bu müqəddəs məkan nalayiq adamların əli ilə cəmiyyətdəki nüfuz və hörmtini itirməsin.   

http://iqna.ir/fa/news/3672230

Ad:
E-poçt:
* Comment:
* captcha: