IQNA

16:19 - December 14, 2017
Xəbər sayı: 3482506
İrlandiyadakı Dublin Bələdiyyə Məclisi Myanma xarici işlər naziri və dövlət rəhbərliyindən cavabdeh dövlət naziri Aunq San Suu Çiiyə verdiyi "Dublin Azadlıq Nişanı"nı geri almaq qərarı verib.
İrlandiya Myanma liderinə verdiyi ordeni geri alırBeynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.Az-a istinadən xəbər verir ki, Bələdiyyə Məclisində keçirilən iclasda, Suu Çiiyə 1999-ci ildə verilən ordenin myanmalı siyasətçinin Arakanda müsəlmanlara qarşı törədilən insanlıq cinayətinə qarşı səssiz qalması səbəbiylə geri alınması üçün yekdilliklə qərar qəbul olunub.

Qərarla, ordenin ən qısa müddətdə rəsmən ləğv olunması və geri alınması gözlənilir.

İclasda iştirak edən məclis üzvləri Suu Çiini ölkəsində baş verən etnik təmizləməyə laqeyd qalmaqda tənqid edib.

Digər tərəfdən, həmin iclasda keçən ay Suu Çii ilə eyni ordeni bölüşmək istəmədiyi və bu səbəblə də Dublin Azadlıq Ordenini bələdiyyəyə təhvil edən irlandiyalı müğənni Bob Qeldofun da bu tələbi yekdilliklə qəbul edilib.

Azadlıq Ordeni Dublin Bələdiyyə Məclisində, şəhərə töhfəsi olan və hərbi, siyasi, mədəni, elmi, bədii sahədə yüksək nailiyyətlər göstərən şəxslərə verilir.

Suu Çii 1999-da layiq görüldüyü Dublin Azadlıq Ordenini 2012-ci ildə almışdı.

Bənzər bir qərar da yenə ötən ay Böyük Britaniyadakı Oksford Bələdiyyə Məclisi tərəfindən qəbul edilmişdi. Oksford Bələdiyyə Məclisi "azlıq arakanlı müsəlman əhalisinin təzyiq altına alınması qarşısında heç bir şey etmədiyi səbəbilə" Suu Çiiyə verdiyi "Oksford Azadlıq Nişanı"nın geri alınmasını qərara almışdı.
 
Teqlər: İrlanda ، Myanma ، iqna ، Quran ، Dublin
Ad:
E-poçt:
* Comment:
* captcha: