IQNA

7:25 - December 19, 2017
Xəbər sayı: 3482527
Amerikanın Virciniya əyalətində islami bayramlar rəsmi olaraq tanınıb. Hazırda Şimali Virciniya Feirfoks, Prins Uilyam bölgəsindəki məktəb təşkilatları buna qərar verib.

Virciniyada islami bayramlar rəsmi olaraq tanınıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Virciniya ştatı Şimal məktəbləri təşkilatları müsəlman tələbələr üçün imtahan siyasətlərini dəyişmək, imtahanda iştirak edib-etməmə məsələsinə yeni qaydalar əlavə edərək islami bayramları rəsmi olaraq tanımaq barədə qərar qəbul edib.
"Maide.az" saytının İQNA-ya istinadla verdiyi xəbərə görə, müsəlman tələbələr illərdir ki, tətillərdə və islami bayramlarda məktəbə getmək və ya islami mərasimdə iştirak etmək arasında seçim etmək məcburiyyətində qalırdı.
Bu ilin əvvəllərində dinlərarası bir qrup bu problemi müəyyən edərək və məktəb təşkilatları ilə yazışaraq müsəlmanlar və xristiyanlar da daxil olmaqla azlıq tələbələrin şərtlərini araşdırmasını istəyib.
Hazırda Şimali Virciniya Feirfoks, Prins Uilyam bölgəsindəki məktəb təşkilatları buna qərar verib.
Beləliklə, islami bayram günlərində, həmçinin yəhudi bayramlarında sınaqların və əhəmiyyətli proqramların ləğv edilməsi və tələbələrdən yoxlanmaması təmin olunacaq.
Daha əvvəl məktəb təşkilatları Merilend, Nyu-York, Nyu-Cersi, o cümlədən Amerikanın digər bəzi əyalətlərində bu cür siyasətlər və aktları qəbul edərək müsəlman tələbələrin dini bayramlarda iştirak etmələrini asanlaşdırmışdı./ maide.az/

Ad:
E-poçt:
* Comment:
* captcha: