IQNA

Nigeriya parlamenti HİCAB məsələsini araşdırmağa başladı

10:21 - December 21, 2017
Xəbər sayı: 3482536
Abuca Hüquq institutunun hicablı xanımı diplomu alma mərasiminə girməyə qoymamasının ardınca Nigeriya parlamenti Hicab məsələsini gündəmə gətirdi və institutun bu qadağası barədə istintaq başlatı.

Nigeriya parlamenti HİCAB məsələsini araşdırmağa başladıİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “AA” xəbər agentliyinin informasiya portalına istinadla xəbər verir ki, Nigeriyanın Abuca Hüquq institutunun hicablı bir xanım məzunu vəkillik diplomu verilməsi mərasiminə girməyə qoymamasının ardınca Nigeriya parlamenti Hicab məsələsini gündəmə gətirdi və institutun bu qadağası barədə istintaq başlatdı.

Nigeriya parlamentinin üzvləri bu məsələni gündəmə gətirərək bütün nümayəndələrin müsbət rəyi əsasında institutun özbaşınalıq edərək belə bir addım atdığına görə bu barədə istintaq işinin açılması təklifini irəli sürüblər.

Parlament nümayəndələri milli qanunvericilik məclisinin məhkəmə və prokurorluq komitəsindən sözü gedən institutda baş verən hicab məsələsi barədə istintaqa başlamarını və iki həft ərzində işin nəticəsi barədə məruzə etmələrini tələb ediblər.

Qeyd edək ki, Nigeriya parlamentinin üzvləri bu məsələni Nigeriya İslami İşlər Ali Şurasının təhdidindən sonra gündəmə gətirdilər.

Nigeriya İslami İşlər Ali Şurası bildirmişdi ki, əgər bu məsələyə məclis səviyyəsində baxılmazsa, bu şura özü şəxsən məhkəmə işlərini başladacaq və bütün ölkə müsəlmanlarını dövlət əleyhinə etiraz aksiyalarına dəvət edəcəkdir.

Abuca Hüquq institutu Amusa Əbdüs-Səlam Firdosa vəkillik diplomu mərasiminə girməyə icazə verməyərək bildirmişdi ki, hicab geyimi institut qanunlarına ziddir.

Nigeriyanın İslami İşlər Ali Şurası bu addımı islamofobiyanın ən bariz nümunəsi və sekularizm məfhumdan müsəlmanlar əleyhinə suistifadə elan edərək bildirmişdi ki, bu məsələyə ən tez zamanda baxılsın.    

http://iqna.ir/fa/news/3674644

Teqlər: iqna ، nigeriya ، hicab ، hüquq
captcha