IQNA

15:35 - December 21, 2017
Xəbər sayı: 3482541
Bir çox Quran fəallarının və tanınmış Qurani simaların ustadı, müəllimi və mürəbbisi olmuş Ustad Məhəmməd Fürqani bu gün sübh vaxtı öz evində fani dünya ilə vidalaşdı.

Ustad Məhəmməd Fürqani fani dünya ilə vidalaşdı + tərcümeyi-halİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Xorasan əyalətindən verdiyi xəbərə görə, bir çox Quran fəallarının və tanınmış Qurani simaların ustadı, müəllimi və mürəbbisi olmuş Ustad Məhəmməd Fürqani bir neçə il xəstəlik yatağında yatdıqdan sonra, bu gün, 21 Dekabr 2017-ci il, sübh vaxtı, yerli vaxtla saat 05:05-də öz evində fani dünya ilə vidalaşdı.
Ustad Məhəmməd Fürqani Quran sahəsində çoxlu şagirdlər tərbiyə etmişdir ki, onların sırasında beynəlxalq Quran qariləri Həmid Əkbərnəjad, Hamid Əkbərnəjad, Kəbir Qələndərzadə və s… vardır.
O, Əfqanıstanın Herat şəhərində anadan omuşdu. Ustad Fürqaninin anası iranlı idi. Amma İranda “kəşfi-hicab” (hicabların açılması) məsələsində ailəsi ilə birlikdə Əfqanıstana mühacirət etmişdi ki, ara sakitləşdikdən sonra geri qayıtsın. Amma orada əfqanlı kişi ilə evlənir və orda da qalası olur.
İran İslam İnqilabından sonra, 1358-ci ildə, ailəsi ilə birlikdə yenidən İrana qayıdır və vətəndaşlıq alırlar.
Ustad Fürqani çox kiçik yaşlarında Əfqanistanda Məhəmmədtahir Qəndəharidən Quran əlifbasını öyrənir. 6 yaşında ikən radiodan gedən Quran proqramlarını, kasetləri izləyərək və əldə etdiyi kitablardan Quranın peşəkar oxunuşu istiqamətində ilk addımlarını atır.
O, əvvəlcə təcvid kitablarına müraciət edir, Quranın təcvidini elmi qaydalar əsasında öyrənir. Sonra misirli qarilərin kasetlərinə qulaq asaraq “sout və ləhn” üzərində işləyir.
Ustad Fürqani elə həmin cavan vaxtlarından Quranın təlim və tədrisi ilə də məşğul olmağa başlayır. Quran təcvid və təfsir təlimi dərslərini müxtəlif məscid və hüseyniyyələrd 52 yaşınadək, yəni xəstələndiyə zamana qədər davam etdirir.
Ustad Məhəmməd Fürqani bir neçə il idi ki, beyin infarktına görə xəstəlik yatağında idi. Hərəkət edə və danışa bilmirdi.
http://iqna.ir/fa/news/3674955

استاد محمود فرقانی دار فانی را وداع گفت + زندگینامه

استاد محمود فرقانی دار فانی را وداع گفت + زندگینامه

Ad:
E-poçt:
* Comment:
* captcha: