IQNA

Yeni Miladi ilin ilk günlərində baş verdi;
0:24 - December 31, 2017
Xəbər sayı: 3482577
Sumalidə İŞİD terrorçu qruplaşmasının tərəfdarlarından olan bir qrup yeni miladi ilinin astanasında “qeyri-müsəlmanı öldürmək Cənnətə giriş vərəqəsidir” adlı ismarıc yayıblar.

İŞİD-in Sumalidəki himayədarları Cənnətə giriş üçün zəmanətiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sumalidə İŞİD terrorçu qruplaşmasının tərəfdarlarından olan bir qrup yeni miladi ilinin astanasında “qeyri-müsəlmanı öldürmək Cənnətə giriş vərəqəsidir” adlı ismarıc yayıblar.

Videoçarx formatında yayımlanan bu ismarıcda əlində silah niqablı bir nəfər deyir: Bu ismarıcımız kafirlər arasında yaşayan qardaşlarımız üçündür.

Əli silahlı və üzü niqablı adam sözünün davamında deyir: Həzrət Peyğəmbərin (s) buyurduğuna əsasən, kafir və kafirin qatili heç vaxt Cəhənnəm odunda bir yerdə yanmayacaqlar. Buna görə də bir kafiri öldürmək sizin Cənnətə girməyiniz üçün zəmanət vərəqəsidir.

Üzü niqablı adam daha sonar əlavə edir: Və sonda, bilin ki, İŞİD qalmaq üçün gəlibdir və İslam dinini qara rəngli və “la ilahə illəllah” yazılı bayraq ilə bütün dünyada hakim etməyincə öz mübarizəsini davam etdirəcəkdir.

Videoçarxın davamında İŞİD-in dünyadakı bütün ünsürlərinə və tərəfdarlarına belə bir mesaj verilir: “Xristianların rəhbərlərini, kilsələri və xüsusi ilə də dünya katoliklərinin rəhbəri Papa Fransisi hədəfə alın”.

http://iqna.ir/fa/news/3677419    

Teqlər: İQNA ، İŞİD ، şaxta baba ، cənnət ، Sumali
Ad:
E-poçt:
* Comment:
* captcha: