IQNA

Xristian qadın hicab örtərək müsəlmanlara qarşı yaradılan məhdudiyyətlərə etiraz etdi

10:42 - January 05, 2018
Xəbər sayı: 3482598
Nansi Alen – kitabxana işçisi, yazar və ABŞ-ın Arkanzas əyalətinin Kanvi şəhər kilsəsinin üzvü, iki ilə yaxındır ki, İslami hicab geyinərək müsəlman qadınların seçim azadlığı haqqını müdafiə edir.

Xristian qadın hicab örtərək müsəlmanlara qarşı yaradılan məhdudiyyətlərə etiraz etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nansi Alen – kitabxana işçisi, yazar və ABŞ-ın Arkanzas əyalətinin Kanvi şəhər kilsəsinin üzvü, iki ilə yaxındır ki, İslami hicab geyinərək müsəlman qadınların seçim azadlığı haqqını müdafiə edir.

Nansi Alen bu addımı il Amerikada müsəlmanlar əleyhinə hər gün kəskinləşməkdə və şiddətlənməkdə olan mənfi, nifrətli və islamofob baxışa etiraz bildirir.

Amerikanın axırıncı prezident seçkilərində Donald Trampın seçki kampaniyasında seçiciləri ilə çıxışında müsəlmanların ABŞ-a girişini qadağan edəcəyi barədə vədə verməsinin qarşısında sakit dayanmağı rəva bilməyən Alen Nansi öz metodu ilə iki ilə yaxındır ki, Tramp dövlətinin siyasətlərinə etiraz aksiyası keçirməkdədir.

Xanım Nansinin bu addımı onun ailəsi və uşaqları tərəfindən dəstəklənib və həmçinin müsəlmanlar cəmiyyəti tərəfidən alqışla qarşılanıb.  

Nansi Alen – kitabxana işçisi, yazar və ABŞ-ın Arkanzas əyalətinin Kanvi şəhər kilsəsinin üzvü, deyir: Əgər görsəm ki, mənim bu dəstəyimə müsəlmanların hüquqlarının qorunmasının ehtiyacı vardır, mən ömürümün axırınadək hicablı qalacam və ümidvaram o gün gələcək ki, mənim müsəlmanları himayə etməyimə ehtiyac qalmayacaq.  

http://iqna.ir/fa/news/3678759

Teqlər: iqna ، abş ، hicab ، islamofobiya
captcha