IQNA

Sionist hərbiçiləri Əqsa məscidinin “əlyazma nüsxələrin təmiri mərkəzi”nə hücum etdi

21:58 - February 07, 2018
Xəbər sayı: 3482745
Cinayətkar israil rejiminin hərbi qüvvələri Qüdsi- Şərifdə Əqsa məscidinin “əlyazma nüsxələrin təmiri və bərpası mərkəzi”nə hücum ediblər və bu idarənin işçilərini döyərək yaralayıblar.

Sionist hərbiçiləri Əqsa məscidinin “əlyazma nüsxələrin təmiri mərkəzi”nə hücum etdiİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, terrorist cinayətkar israil rejiminin hərbi qüvvələri Qüdsi- Şərifdə Əqsa məscidinin “əlyazma nüsxələrin təmiri və bərpası mərkəzi”nə hücum ediblər və bu idarənin işçilərini döyərək yaralayıblar.

Qüdsi- Şərifdə Əqsa məscidinin “əlyazma nüsxələrin təmiri və bərpası mərkəzi”nin direktoru bu barədə dedi: Qüdsü işğal edən sionist rejiminin hərbiçiləri bu mərkəzə hücum edərək işçilərimizi döydülər. Və məscidin mühafizəçisi Samir Mücahidi həbs etdilər.

Qeyd edək ki, Fələstinin Qüdsi- Şərif şəhərində yerləşən Əqsa məscidinin “əlyazma nüsxələrin təmiri və bərpası mərkəzi” beynəlxalq dərəcli mərkəzdir və UNESCO-nun hesabatına görə, qədim əlyazma nüsxələrin təmiri və bərpası işlərində Orta Şəqrdə birinci və dünyada dördüncüdür.

“Əlyazma Nüsxələrin Beynəlxaql Təmiri və Bərpası Mərkəzi” 2008-ci ildə Qüdsi-şərifdə Əqsa məscidinin qərbi rəvaqında təsis edilmişdir.

http://iqna.ir/fa/news/3689056

captcha