IQNA

Misirli xətib Əhli- Beytin (ə) məzarlarını ziyarət etdiyi üçün sorğulandı

19:07 - February 08, 2018
Xəbər sayı: 3482750
Misirli xətib Nəş`ət Əbdüs-Səmi Zare təmsil etdiyi dini idarələrdən icazəsiz İraqdakı Əhli-Beyt (ə) məzarlarını ziyarət etdiyi üçün istintaqa cəlb edilərək sorğulanıb.

Misirli xətib Əhli- Beytin (ə) məzarlarını ziyarət etdiyi üçün sorğulandıİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misr “KİV”-lərinə istinadla verdiyi xəbərə görə, Misirli xətib Nəş`ət Əbdüs-Səmi Zare təmsil etdiyi dini idarələrdən icazəsiz İraqdakı Əhli-Beyt (ə) məzarlarını ziyarət etdiyi üçün istintaqa cəlb edilərək sorğulanıb.

Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə bu xətibin istintaqa cəlb edilməsi xəbərini elan edərək dedi: Misirin Dəqhəliyyə əyalətində Vəqflər Nazirliyinin rəsmi xətibi və camaat imamı Nəş`ət Əbdüs-Səmi Zarenin məscidə camaat namazına imamlığı, dini dərsləri tədris etməsi və xütbə oxuması qadağandır.

Misirin Vəflər Nazirliyi bəyaniyyə yayaraq həmin xətibin Əl-Əzhərin, Vəqflər Nazirinin və hansısa rəsmi bir qrumun nümayəndəsi olmadığını elan edib. Və həmçinin vurğulayıb ki, özünü bu təşkilata nisbət verən hər kəs, əlində rəsmi sənədi olmadıqda bu iddiaya görə kəskik şəkildə cəzalandırılacaq.

Bu nazirlik öz digər işçilərdən də tələb edib ki, bundan sonra heç bir dəvəti rəsmi icazə olmadan qəbul etməsinlər. Bu qanuna əməl etməyən hər kəs xidmətdən azad ediləcəkdir.

Xatırladırıq ki, Misirli xətib Nəş`ət Əbdüs-Səmi Zare cari ilin Fevral ayının əvvələrində qari və alimlərdən ibarət bir heyət ilə İraqa səfər etmiş və Əhli- Beytin (ə) məzarlarının ziyarətində olmuşdular.

Şeyx Nəş`ət Əbdüs-Səmi Zare həmçinin İmam Hüseynin (ə) ziyarətgahında keçirilən “müsəlmanların sülhamiz və dost şəraitdə yaşamasında din alimlərinin rolu” toplantısında iştirak etmiş və çıxışında demişdi ki, bütün din alimləri İslam dininin əsası olan məhəbbət ruhiyəsini insanlara aşılamalı və orta yolu tutmaq mədəniyyətini təbliğ etməlidirlər.

Əhli-Sünnə alimlərindən ibarət heyətin İraqda Əhli- Beyt (ə) məzarlarını ziyarət etməsi Misirin vəhabilərini nigaran etmiş və onların təzyiqi əsasında Əl-Əzhər ki, həmişə vəhdətdən dəm vurur, həmin heyətin üzvlərini sorğulayaraq işdən azad etmişdir.

http://iqna.ir/fa/news/3689407

Teqlər: iqna ، misir ، əl-əzhər ، xətib ، İraq
captcha