IQNA

İslam inqilabı rəhbərinin 22 Bəhmən nümayişi ilə bağlı ismarıcı;

Şərəfli İran xalqı! Sizin bəsirət və əzminiz böyük və heytərləndirici hadisə yaratdı

1:05 - February 12, 2018
Xəbər sayı: 3482772
İran İslam İnqilabının ali rəhbəri Həzrət Ayətullah Üzma İmam Xamenei cənabları ölkənin bütün əyalətlərində əzəmətli 22 Bəhmən nümayişi keçirən İran xalqına ismarıc ünvanladı.

Şərəfli İran milləti! Sizin bəsirət və əzminiz böyük və heytərləndirici hadisə yaratdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının ali məqamlı rəhbəri Həzrət Ayətullah Üzma İmam Xamenei cənabları ölkənin bütün əyalətlərində əzəmətli 22 Bəhmən nümayişi keçirən əziz və şərəfli İran xalqına ismarıc ünvanladı.

İran İslam İnqilabının ali məqamlı rəhbəri Həzrət Ayətullah Üzma İmam Xamenei cənablarının mətni:

Bismillahir-Rəmanir-Rəhim

Əziz və başıuca İran milləti! Bu gün sizin qəiyyətiniz, əzminiz və bəsirətiniz böyük, möhtəşəm və heyrətləndirici bir hadisə yaratdı. Sizin bu günki yürüşünüz ki, dəqiq hesablamalara görə, hər ildəkindən daha da izdihamlı, coşqulu və həyacanlı idi, yadlara, düşmənlərə və əhdində süst olanlara qəti və dişsındıran cavab verdi.

Düşmən İran və iranlı barədə öz naqis və batil təsəvvürünə arxalanaraq özünün bütün gücünü və təbliği təlaşını bunun üzərində mərkəzləşdirmişdi ki, bu ilin 22 Bəhmən yürüşünü ləng, rəngisz göstərsin və şayəd də (inqilabın) öz əleyhinə çevirsin.

Siz, əməli şəkildə inqilabın canlı və dinamik olmasını onların üzünə çırpdınız. Rəhmətlik İmamın (r.ə) idea və armanlarına sadiq qaldığınızı öz şüarlarınızla və coşqun iştirakınızla fəryad etdiniz. İran millətinin nərəsi düşməni geri qovur və möhkəm əzminiz düşmənin yanlış hesablarmalarını pozur.

Ölkənin məsulları bu bənzərsiz hadisənin qədrini bilsinlər. Və kamil dözümlülük, dayanıqlıq, inqilabi ruhiyyə və cihadi əməl ilə əziz millətimizə xidmət etsinlər və İnqilabın hədəflərini qorusunlar. Gələcək bizim ayıq və bəsirətli millətimizə aiddir. Biz məsullar gərək çalışaq ki, millətdən geri qalmayaq.     

ولا تهنوا و لاتحزنوا و انتم الأعلون ان کنتم مؤمنین

"Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz."  (“Ali-İmran” surəsi, 139-cu ayə) 

Vəssəlamu ələykum və rəhmətullah

22 Bəhmən 1396

11 Fevral 2018

 

http://iqna.ir/fa/news/3690706

Teqlər: iqna ، İslam ، inqilab ، 22 ، bəhmən ، İmam xamenei
captcha