İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ranil Vikre Mesingə - Şrilankanın baş naziri, müsəlmanlar əleyhinə həyata keçirilən zorakılığa və irqçi addımlara qarşı etirazını bildirərək, “Kendi” şəhərində “sinahli” buddistləri tərəfindən müsəlmanlar əleyhinə törədilən cinayətləri məhkum etdi.
Ranil Vikre Mesingə - Şrilankanın baş naziri, bu cinayətlər məhum edərək vədə verib ki, buddistlərin bu hərəkətlərini kontrol etmək üçün ciddi addımlar atacaqdır.
Sinhal buddistlərinin müsəlmanların məscid, mağaza və evlərinə hücum etməsinin ardından Şrilanka prezidenti ölkədə fövqəladə vəziyyət elan edib. Amma yenə də buddistlər fitnə alovunu şölələndirməkdən əlçəkmək istəmirlər. Bir buddist cavanın bu hadisələrdə həlak olması onları daha da hiddətləndirib.
Qeyd edək ki, Şrilankanın 20 milyonluq cəmiyyətinin 75 fazini buddistlər, 9 fazinin müsəlmanlar və qalan 16 fazini isə digər dinlərin davamçıları təşkil edirlər.