İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “chicagotribune.com” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ-ın “Du peyc kolleci”ndə (College of DuPage ) “İslam Afrikanın şimal-qərbində” adlı toplantı keçiriləcək.
Amerikanın İlinoy əyalətinin “Dupeyc kolleci”ndə təşkil ediləcək bu proqramda İslamın Afrikanın şimal-qərbində yayılması tarixi araşdıralacaq.
Bu toplantı cari ilin Mart ayının 20-də, yerli vaxtla saat 12:30-dan 14:00-dək, günün ikinci yarısında, İlinoy əyalətinin “Glen Ellyn” konfrans zalında keçiriləcəkdir.
Konfransada Afrikanın Sahil regionunda baş verən son hadisələr, keçmiş sünnətlər, adət-ənənələrin müasir hadisələrdəki təsiri məsələsi İlinoy əyalətinin “DuPaul University”nin tarix və İslami araşdırmalar professoru “Mbengue”nin tərəfindən araşdırılacaqdır.
Sahil Afrika regionunda Atlantik okeanından Qırmızı dənizə qədər uzanan bir ərazinin adıdır ki, iqlim və mühit baxımından Afrikada böyük səhradan başlayan və Sudan savannasına qədər uzanan əyalətinin oxşarıdır.
http://iqna.ir/fa/news/3697685