İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin Dini İşlər Nazirliyi (Diyanət Bakanlığı) İspaniya müsəlmanlarına hədiyyə olaraq 3000 cild Qurani-Kərim göndərib.
Türkiyə cümhuriyyətinin Dini İşlər Nazirliyi (Diyanət Bakanlığı) bu xəbəri elan edərək deyib: İspaniya müsəlmanlarına hədiyyə edilən Qurani- Kərim nüsxələri İspan dilinə tərcümə edilib və bu ölkənin Qərnatə və İşbiliyyə şəhərlərində yaşayan müsəlmanlar üçün göndərilib.
İspaniya müsəlmanlarına göndərilən Quranlar Türkiyənin “icazə ver mənim hədiyyəm Quran olsun” layihəsinin həyata keçirilməsi və Qurani-Kərim İlahi mesajlarının bütün bəşəriyyətə çatdırılması hədəfi istiqamətində baş tutub.
Türkiyənin “icazə ver mənim hədiyyəm Quran olsun” layihəsinin həfədi dünya müsəlmanlarına iki milyon nüsxə Quran hədiyyə etməkdir. İndiyədək bu layihə əsasında Balkan, Qafqaz, Latın Amerikası, Asiya və Orta Şərqləri ölkələrindən bəzilərinə Quran nüsxələri hədiyyə edilmişdir.
http://iqna.ir/fa/news/3702283