IQNA

Misrdə məşhur qarilərin barəsində ensiklopediya yazılacaq

18:19 - March 31, 2018
Xəbər sayı: 3482968
Misrdə bu ölkənin və digər müsəlman ölkələrinin məşhur və tanınmış Quran qarilərinin şəxsiyyəti və həyat yolu barədə məlumat verən dini ensiklopediya yazılacaq.

Misrdə məşhur qarilərin barəsində ensiklopediya yazılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrdə bu ölkənin və digər müsəlman ölkələrinin məşhur və tanınmış Quran qarilərinin şəxsiyyəti və həyat yolu barədə məlumat verən dini ensiklopediya yazılacaq. 

Bu barədə Misrin Dini İşlər və Vəqflər İdarəsinin rəsisi Məhəmməd Muxtar Cümə xəbər verib.

O deyib ki, Vəqflər nazirliyinin tərkibində bu işin həyata keçirilməsi üçün “tarix və mədəniyyət” və “Quran araşdırmaları” komitələri təcili iclas keçiriblər.

Həsən Süleyman (Quran radiosunun rəisi), Qarilər birliyinin üzvləri, Qiraət təlimi mərkəzinin müəllimlərinin iştirakı ilə keçirilən bu iclasa Vəqdlər nazirliyinin İslami İşlər Ali Şurasının baş katibi Əhməd Əcibə rəsilik edib.

İclasda sözü gedən dini ensiklopediyanın ilkin layihəsi araşdırılıb. Bu ensiklopediyada İslam dünyasının qari və hafizlərinin həyat yolu, onların nailiyyətləri, qiraət barədə İslami irs və s… məsələlər barədə yazılacaqdır.

Ensiklopediyanın yazılmasında tarixi və elmi məlumat bazalarından əlavə, qarilərin dostları və ailələrindən də lazım olan məlumatlar müsahibə yolu ilə toplanacaqdır.  

http://iqna.ir/fa/news/3702447  

 

Teqlər: iqna ، misr ، qari ، qiraət
captcha