İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdad şəhərinin məsihi və xristianları bu gün, həftənin bazar günü, 1 Aprel 2018-ci il, şəhərin kilsələrində və məsihilərə məxsus ibadət ocaqlarında xristianların xüsusi bayramı olan “pasxa (paklıq) bayramı” ayinlərini icra edib və dualar oxuyublar.
İraq respublikasının baş naziri Heydər İbadi bu bayram münasibəti ilə bəyaniyyə yayaraq məsihi və xristianların bayramını təbrik deyib, dünya məsihilərinə səadət və xoşbəxtlik arzulayıb.
Heydər İbadi müsəlman və xristianların dostcasına yaşamasına işarə edərək deyib: İraq dünyanı heyrətdə qoyan bir vəhdət yaradıb.
Pasxa bayramını xristianlar ildə bir dəfə, Mart və ya Aprel ayının bazar günlərinin birində qeyd edirlər. onların inancına görə, Həzrət İsa Məsih (ə) bu gündə çarmıxa çəkilib və yenidən dirilib. Onlar bu günə “qiyamət” (yenidən diriliş) günü deyirlər.