İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işağl edilmiş Fələstin torpaqlarında yerləşən Ummul-Fəhm şəhərinin Tövhid məscidinin imam camaatı Şeyx Məhəmməd Səadət bu gün səhər (3 Aprel 2018-ci il) məsciddən çıxarkən naməlum şəxslər tərəfindən terror edilib.
45 yaşlı Şeyx Məhəmməd Səadət məsciddən çıxarkən güllə ilə vurularaq terror edilib. Təcili tibbi yardım göstərilsə də, şeyxin həyatını xilas etmək mümükün olamyıb.
İşğalçı sionist rejimin polisi Ummul-Fəhm şəhərinin “əl-meydan” məhəlləsində baş verən terror hadisəsi ilə bağlı istintaq işləri başlatsa da, indiyədək cinayətkarın tutulması barədə bir xəbər yayılmamışdır.