IQNA

Dünyanın ən böyük televiziya Quran yarışları keçiriləcək

10:43 - May 06, 2018
Xəbər sayı: 3483127
İslam dünyasının ən böyük beynəlxalq televiziya Qurani-Kərim yarışları mübarək Ramazan ayının ilk günündən öz işinə başlayacaq.

Dünyanın ən böyük televiziya Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Kövsər" peyk tv kanalına istinadla verdiyi xəbərə görə, İslam dünyasının ən böyük beynəlxalq televiziya Qurani-Kərim yarışları mübarək Ramazan ayının ilk günündən öz işinə başlayacaq.

İran İslam Respublikasının "əl-Kövsər" peyk tv kanalının təşəbbüsü ilə keçiriləcək "İnnə lil müttəqinə məfaza"

«إِنَّ لِلْمُتَّقِینَ مَفَازًا»

beynəlxalq televiziya Qurani-Kərim yarışları İslam dünyasının televizya vasitəsi ilə keçirilən ilk və ən böyük canlı Quran yarışlarıdır.

Bu beynəlxalq televiziya Qurani-Kərim yarışlarının 11-ci turu cari ilin mübarək Ramazan ayının ilk günündən başlayacaqdır. Müxtəlif ölkələrin Quran qariələri canlı və telefon ilə proqrama qoşularaq Qurani-Kərimdən püşklərinə düşən ayələri tilavət edəcəklər.    

Bu ilin yarışlarında iştirakçılar skayp proqramı vasitəsi ilə görüntülü bağlantıda da yarışlara qoşula biləcəklər. Və eyni zamanda qarilər yarışın gedişatı üzrə canlı olaraq ekranda neçənci yerdə olduqlarını görə biləcəklər.

Yarışları müxtəlif ölkələrdən olan, o cümlədən Misr, Suriya, İraq və İrandan olan beynəlxalq hakimlər idarə edəcəklər.

Hər gecə 5 nəfər 5 ölkədən yarışa qatılacaqdır. Yarışların ilkin mərhələsinin sonunda 25 nəfər qari ikinci mərhələyə vəsiqə qazanacaqdır. Finalda isə 5 nəfər birinci, ikinci, üçüncü, dördüncü və beşinci yerlə uğurunda yarışacaqlar.

Tehran vaxtı ilə hər gecə əl-Kövsər peyk tv kanalında saat 23:30-da keçiriləcək televiziya Qurani-Krim yarışlarının final mərhələsi Fitr bayramı gecəsi yayımlanacaqdır.

http://iqna.ir/fa/news/3711388      

 

 

captcha