İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika müsəlmanlarının İslami şurası vətəndaşlara tövsiyə edib ki, Ramazan ayında ehtimal edilən "islamofob" addımlara qarşı daha ehtiyatlı davransınlar.
Amerika İslami şurası dünən, cari hətfənin ikinci günü, 8 May 2018-ci il, bəyaniyyə yayaraq Donald Trampın prezidentlik dönəmində "islamofob"ların çoxaldığı barədə xəbərdarlıq edib. Və vurğulayıb ki, mübarək Ramazan ayında məscidlərdə izdihamın çoxalacağını nəzərə alaraq bu cür ehtimal edilən hücumlara qarşı və müsəlmanların təhlükəsizliyini təmin etmək üçün lazım olan ehtiyat tədbirləri öncədən görülsün.
Bəyaniyyədə müsəlmanlardan tələb edilir ki, rastlaşdıqları hər cür "islamofob" davranışlar barədə İslam şurasının vətəndaş hüquqları bölməsinə məlumat versinlər.
ABŞ İslami şurasının son hesabatına görə, bu ölkədə "islamofob" və müsəlmanlara nifərt zəminində baş verən hadisələrin sayı 2017-ci ildə ondan öncəki ilə nisbətdə 17 faiz çoxalıb.
Qeyd edək ki, Amerika İslam şurasının bəyaniyyədə verdiyi məlumata əsasən, bu ölkədə mübarək Ramazan ayı gələn həftənin üçüncü günü, 16 May 2018-ci il tarixində başlayır.