IQNA

Qüdsdə "bədbəxtlik günü" Azan qadağası

9:12 - May 12, 2018
Xəbər sayı: 3483155
İşğalçı sionist rejimin polisləri elan ediblər ki, Fələstinlilərin "bədbəxtlik günü" adlandırdıqları gün Qüds məscidlərindən Azan verilməsi qadağandır.

Qüdsdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist rejimin polisləri elan ediblər ki, Fələstinlilərin "bədbəxtlik günü" adlandırdıqları gün Qüds məscidlərindən Azan verilməsi qadağandır.

Bu qadağa həm də ABŞ səfirliyinin gələn həftənin birinci günü, 14 May 2018-ci il, Qüdsə köçürüldüyü gün ilə eyni zamanda baş verir.

Amerika öz səfirliyini Tel-Əviv şəhərindən Qüdsə Fələstinlilərin "bədbəxtlik günü" adlandırdıqları gündə köçürəcəkdir.  

Məlumatda deyilir ki, işğalçı sionist rejimi İsrail bu addımı Azan səsinin ABŞ səfirliyinin köçürülməsi mərasimində işitrak edəcək 800 nəfərin eşitməməsi üçün atıb.

Sionist informasiya vasitələri Qüdsdə indiyədək analoqu olamyan təhlükəsizlik tədbirlərin yaradılmasını xəbər veriblər. Belə ki, polis qüvvələrindən divar yaradılıb. Havada təhlükəsizlik qüvvələrinin helekopterləri səfirliyin açılacağı ərazidə uçuşurlar.   

http://iqna.ir/fa/news/3713292

captcha