IQNA

Qahirə Qəzzaya dəstək konfransına hazırdır

19:54 - June 02, 2018
Xəbər sayı: 3483257
Bu konfransın mövzusu Qəzza zolağındakı çətin vəziyyətinin və baş verən facilərin məhkum edilməsi və Qəzza əhalisinin himayə olunması olacaqdır.

Qahirə Qəzzaya dəstək konfransına hazırdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin paytaxı Qahirə şəhəri "Qəzzaya Dəstək Beynəlxalq Konfransı"na hazır olduğunu elan edib.

Bu konfransın mövzusu Qəzza zolağındakı çətin vəziyyətinin və baş verən facilərin məhkum edilməsi və Qəzza əhalisinin himayə olunması olacaqdır.

Misrin paytaxtı Qahirə şəhərində keçiriləcək bu konfransda BMT-nin (Birləşmiş Millətlər Təşkilatı), Fələstinin muxtar təşkilatlarının və Misr dövlətinin nümayəndələri iştirak edəcəklər.

Konfransda Fələstin və Qəzzadakı çətin insani vəziyyət və regionda vəziyyətin pisləşməsi məsələsi müzakirə ediləcəkdir.

Hazırda bu konfransın cari ayda keçirilməsi barədə danışıqlar aparılsa da, Qahirədə konfransın dəqiq keçiriləcəyi zaman məlum deyil.

Qeyd edək ki, hazırda Fələstin xalqı və Qəzza zolağı analoqu olmayan bir böhranla üz-üzədir. Beynəlxalq qrumlar və Ərəb ölkələri bu vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün "guya" danışıqlar aparırlar.

http://iqna.ir/fa/news/3719797

Teqlər: iqna ، qəzza ، fələstin ، qahirə
captcha