IQNA

Nəcəfdə dünyanın ən uzun Quranı yazılır

14:23 - June 13, 2018
Xəbər sayı: 3483318
İraqın Nəcəf şəhərində dünyanın ən uzun əlyazma Qurani-Kərim nüsxəsi yazılır. Bu nüsxənin uzunluğu 12 min metr olacaqdır və hazırda 6 min metr kitabət edilərək işin yarısı görülüb.

Nəcəfdə dünyanın ən uzun Quranı yazılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində dünyanın ən uzun əlyazma Qurani-Kərim nüsxəsi yazılır. Bu nüsxənin uzunluğu 12 min metr olacaqdır və hazırda 6 min metr kitabət edilərək işin yarısı görülüb.

Bu barədə İraqın incəsənət sahəsi üzrə fəalı Əkrəm Nasir Həkkak İQNA ilə müsahibəsində xəbər verib. Onun sözlərinə görə, bu iş Nəcəfin "Nəşriyyat, sənədləşdirmə və təlif mərkəzi"ndə görülür.

Dünyanın ən uzun əlyazma Quran nüsxəsi olacaq bu Qurani-Kərimi Nəcəf şəhərinin xəttatları və hüsnxətt ustaları işləyirlər. Və bu nüsxənin Ginnesin rekordlar kitabına yazılacağı gözlənilir.

Mərkəzin fəaliyyətləri barədə danışan Əkrəm Nasir Həkkak dedi: Bu mərkəzdə Kufi xətti ilə qədim Qurani-Kərim nüsxəsi, 14 min əlyazma nüsxəni ehtiva edən 50 bərk disk (CD), müxtəlif dövrlərə aid qiymətli elmi və dini əlyazma sənədlər, icaznamələr, məktublar və s... qorunub saxlanılır. Həmçinin İraq və müqəddəs ziyarətgahalara aid fotoların arasında İmam Xomeyninin (ə) ən qədim fotosu da bu mərkəzdə saxlanılır.

O əlavə etdi: İraq incəsənətçilərin yaradıcılıqları sayəsində 85 nəfər müsəlman aliminin heykəli müxtəlif halətlərdə şam ilə hazırlanıb və bu mərkəzin daimi sərgisində saxlanılır.

Qeyd edək ki, İraqın Nəcəf şəhərinin "Nəşriyyat, sənədləşdirmə və təlif mərkəzi" öz məhsulları ilə İran İslam Respublikasının 26-cı beynəlxalq Qurani-Kərim sərgisində iştirak etmişdi.

http://iqna.ir/fa/news/3721941  

کتابت طولانی‌ترین قرآن دست‌نویس جهان در نجف

ادیت شده؛ کتابت طولانی‌ترین قرآن دست‌نویس جهان در نجف

کتابت طولانی‌ترین قرآن دست‌نویس جهان در نجف

ادیت شده؛ کتابت طولانی‌ترین قرآن دست‌نویس جهان در نجف

ادیت شده؛ کتابت طولانی‌ترین قرآن دست‌نویس جهان در نجف

captcha