IQNA

9:22 - July 11, 2018
Xəbər sayı: 3483450
Misrin paytaxtı Qahirə şəhəri müsəlman ölkələrinin 29-cu Beynəlxalq Ali İslam Şurası konfransına evsahibliyi edəcək. Misrin baş naziri Mustafa Mədlubi bu barədə öz razılığını elan etmişdir.

Qahirə Beynəlxalq Ali İslam Şurası toplantısına evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin paytaxtı Qahirə şəhəri müsəlman ölkələrinin 29-cu Beynəlxalq Ali İslam Şurası konfransına evsahibliyi edəcək.

Müsəlman ölkələrin 29-cu Beynəlxalq Ali İslam Şurası toplantısı "milli şəxsiyyətin yaradılması və onun İslami ölkələrin inkişafı və milli kimliyinin qorunmasındakı rolu" mövzusunda cari ilin Oktyabr ayının 20 və 21-də Qahirədə keçiriləcəkdir.

Konfransın keçirilməsi üçün lazım olan işlər aparılır və bu barədə Misrin baş naziri Mustafa Mədlubi ilə konfransın keçirilməsi komitəsi arasında razılıq əldə edilmişdir.

Müsəlman ölkələrin 29-cu Beynəlxalq Ali İslam Şurası toplantısı dini xətiblərin, təhsil və təlim ocaqlarının, mədəni birliklərin, media və ailənin və milli təşkilatların cəmiyyətdə insanların milli şəxsiyyətinin formalaşmasındakı rolu müzakirə ediləcək, milli kimliyin formaşlaması, dinə və vətənə xidmət layihəsi hazırlanacaqdır.

Qeyd edək ki, müsəlman ölkələrin 28-ci Beynəlxalq Ali İslam Şurası toplantısı keçən il Mart ayında 40 ölkənin iştirakı ilə "terrorizmlə mübarizə" mövzusunda Qahirədə keçirilmişdi.

http://iqna.ir/fa/news/3728902   

Ad:
E-poçt:
* Comment:
* captcha: