IQNA

6:19 - July 16, 2018
Xəbər sayı: 3483481
Taylandda yaşayan müsəlmanlar da dünyanın digər müsəlmanları kimi mənəvi Təməttö-Həcci səfərində iştirak etmək üçün hazırlaşırlar.

Taylandlı müsəlmanların Həcc səfərləri başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taylandda yaşayan müsəlmanlar da dünyanın digər müsəlmanları kimi mənəvi Təməttö-Həcci səfərində iştirak etmək üçün hazırlaşırlar.

Tayland müsəlmanlarının Həcc səfəri bu gün başlayır. Onlar Hat Yai şəhərindən Ərəbistana birbaşa uçuşla bu müqəddəs ziyarətə gedəcəklər.

İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumata əsasən, Taylandın Dini İşlər Təşkilatı elan edib ki, bu il 290 nəfər müsəlman müqəddəs Həcc ziyarətinə gedəcəkdir.

Həccə ezam edilən müsəlmanların ilk dəstəsi bu gün, həftənin birinci günü, 16 İyul 2018-ci il, müsəlmanların sıx yaşadığı Hat Yai şəhərindən birbaşa uçuşla Ərəbistana gedəcəklər.

Taylandın Dini İşlər Təşkilatı bütün hava limanlarında və həmçinin məqsəd ölkədə hacıların səfəri üçün lazım olan bütün imkanları və təchizatı hazır etmişdir.

http://iqna.ir/fa/news/3730178

Teqlər: iqna ، həcc ، taylanda ، Hat Yai
Ad:
E-poçt:
* Comment:
* captcha: