IQNA

23:57 - July 21, 2018
Xəbər sayı: 3483508
İİR-nın Syerra Leonedə yerləşən Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə bu ölkədə "İmam Rza (ə) ziyarətgahının fotoları" sərgisi başlayıb və İyul ayının 25-dək davam edəcəkdir.

Syerra Leonedə  İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 18 İyul 2018-ci il, Həzrət İmam Rza (ə) və Həzrət Məsumənin (ə) viladət günülərində İran İslam Respublikasının Syerra Leonedə yerləşən Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə bu ölkədə "İmam Rza (ə) ziyarətgahının fotoları" sərgisi başlayıb və İyul ayının 25-dək davam edəcəkdir.

İmam Rzanın (ə) və Həzrət Məsumənin (s) viladəti ərəfəsində "kəramət on günlüyü" münasibəti ilə keçirilən bu fotosərgidə Syerra Leone respublikasının "Rəsuli-Əəzəm (s) məscidi" İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi ilə həmkarlıq edir.

Sərgidə İmam Rzanın (ə) müqəddəs ziyarətgahı barədə fotolar, tablolar, posterlə və videolar nümayiş olunur.

"Rəsuli-Əəzəm (s) məscidi"nin imamı və Cümə namazı xətibi həm sərginin açılış mərasimində və həm də həftənin Cümə namazında İmam Rza (ə) və Əhli-Beyt (ə) haqqında çıxış edib.

http://iqna.ir/fa/news/3731812  

 

Ad:
E-poçt:
* Comment:
* captcha: