IQNA

11:36 - July 24, 2018
Xəbər sayı: 3483524
Quran ustadlarından bəziləri Şəhat Məhəmməd Ənvərin qiraət musiqisini İran musiqisinə yaxın hesab edir və bunu iranlıların Şəhatın qiraətini daha çox sevməyin əsas amili kimi hesab qiymətləndirirlər.

KƏHF və ŞƏMS surələrindən ayələrin tilavəti Şəhatın ifasındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quran qiraəti ustadlarından bəziləri Şəhat Məhəmməd Ənvərin qiraət musiqisini İran musiqisinə yaxın hesab edir və bunu iranlıların Şəhatın qiraətini daha çox sevməyin əsas amili kimi hesab qiymətləndirirlər.

Misrin dünya şöhrətli qarisi Şəhat Məhəmməd Ənvər 1950-ci ilin İyun ayının 1-də anadan olub. Üç aylığında atasını itirib. Səkkiz yaşında Quran hafizi olub. 10 yaşında Quran qiraəti qaydaları və təcvid üsullarını kamil bilirdi. 12 yaşında olarkən Quran qiraəti məclislərində böyük qarilərin yanında qiraət edirdi. Qiraət səbkini ustadı Əbdüssəməd Zənatidən götürmüşdü. O, 2007-ci ilin Yanvar ayının 12-də dünyadan köçmüşdür.

Qarşıdakı linkdə mərhum ustad Şəhat Məhəmməd Ənvərin ifasında Kəhf surəsinin 107-ci ayəsindən sonadək və ŞƏMS surəsinin birdən beşədək ayələrinin qiraətini dinləyə və endirə bilərsiniz:

DİNLƏ və ENDİR

İranlı Quran ustadı Hüseyn Əxəvan Müqəddəm onun qiraəti barəsində deyir: Şəhat dünyanın və İranın qiraət mədəniyyətində ən dərin təsirə malik olan qarilərdən biridir. Əbdülbasit, Minşavi və Mustafa İsmayıldan sonra dünya qiraətində ən təsirli qaridir.

O əlavə edir: Quran qiraəti ustadlarından bəziləri Şəhat Məhəmməd Ənvərin qiraət musiqisini İran musiqisinə yaxın hesab edir və bunu iranlıların Şəhatın qiraətini daha çox sevməyin əsas amili kimi hesab qiymətləndirirlər.

Qeyd edək ki, İran İslam Respublikasının Quran radiyosunun "İksir" proqramı hər həftənin Cüməaxşamı günü (dördüncü gün) yerli vaxtla 16:30-dan 18:00-dək yayımlanır və bu proqramda dünya şöhrətli qarilərin qiraətləri təhlil edilir.  

http://iqna.ir/fa/news/3732600

 

Teqlər: iqna ، qiraət ، quran ، şəhat ənvər
Ad:
E-poçt:
* Comment:
* captcha: