IQNA

13:51 - July 27, 2018
Xəbər sayı: 3483542
İki həftədən sonra azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Xatırladaq ki, bu il zəvvarlarımız QMİ təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər.

Azərbacyanlı zəvvarlar Həcc mərasiminə hazırlşaırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az" saytına istinadla verdiyi xəbərə görə, iki həftədən sonra azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Xatırladaq ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər.

Bu il xidmətlərlə bağlı dəyişikliklər edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə iki növlü səfər xidməti deyil, bir növlü xidmət olacaq. Həcc ziyarətinin xərcinə gəldikdə isə bu rəqəm ötən ildə olduğu kimim 4150 dollar olub. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyib. Yaxın Şərqdə baş verən məlum münaqişələr üzündən bu ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunacaq.
Onu da xatırladaq ki, Həcc ziyarətinə qəbul fevralın 12-dən başlayaraq iyulun 15-dək davam edib. Bu il Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılmışdı. Bildirilirdi ki, əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər. Aprel ayının sonlarında verilən açıqlamaya görə, QMİ-yə sənəd verənlərin sayı 800 nəfər olub.
Bəs son olaraq bu il nə qədər zəvvar Həcc ziyarətinə yola düşəcək? Məsələ ilə bağlı dəfələrlə QMİ ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. - "müsavat.com" saytı belə məlumat yayıb.
Maraqlı bir faktı da qeyd edək ki, bu il Həcc ziyarətini asanlaşdırmaq üçün Səudiyyə Ərəbistanı “Məkkənin yolu” adlı üsul tətbiq edəcək. Türkiyə mətbuatının yazdığına görə, bu yenilik hələ ki Malayziya və İndoneziya üçün nəzərdə tutulub. Səudiyyə Ərəbistanının Hava limanı əməliyyatları direktoru Hişam Saidin müxbirlərə verdiyi açıqlamaya görə, bu il adıçəkilən ölkələrdən gələcək zəvvarlar “Məkkənin yolu” adlı verilən giriş kodu sayəsində bütün pasport işlərini öz ölkələrində olan hava limanlarında tamamlaya biləcəklər. Bununla da Ciddə və Məkkənin hava limanlarına gəldikləri zaman heç bir nəzarətdən keçmədən 2-3 dəqiqəlik qısa müddət ərzində, sadəcə, əl yükü ilə avtobuslara və oradan müqəddəs torpaqlara gedəcəklər. H.Saidi bu sistemin digər müsəlman ölkələri üçün də tətbiq ediləcəyini vurğulayıb.
Teqlər: iqna ، həcc ، azərbaycan ، QMİ
Ad:
E-poçt:
* Comment:
* captcha: