IQNA

BƏƏ və Hindistan "Süni intellect" sahəsində müştərək həmkarlıq edəcəklər

6:57 - July 29, 2018
Xəbər sayı: 3483557
BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) və Hindistan "Süni intellekt" sahəsində tədqiqat, investisiya lahiyələrinin icrası və "start-up şirkətlər"in idarəçiliyində müştərək həmkarlığa başladılar.

BƏƏ və Hindistan İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) və Hindistan "Süni intellekt" sahəsində tədqiqat, investisiya lahiyələrinin icrası və "start-up şirkətlər"in idarəçiliyində müştərək həmkarlığa başladılar.

BƏƏ-nin və Hindistanın bu sahədəki müştərək həmkarlığı gələn on il ərzində hər iki ölkə üçün 20 milyarda dollar gəlir gətirəcək.

Dünən, həftənin şənbə günü, 28 İyul 2018-ci il, BƏƏ-nin "süni intellekt" naziri Ömər əl-Üləma və Hindistanın Dövlət İnvestisiya Komitəsinin sədri Dibak Bagla "süni intellekt" sahəsində müştərək həmkarlıq müqaviləsini imzalayıblar.

Bu sahədə işlərin aparılması, "start-up şirkətlər"də investisiyanın çoxalması və "süni-intellekt" mövzusunda tədqiqatların genişləndirilməsi məqsədi ilə iki tərəf arasında müştərək komitə yaradılacaqdır.   

http://iqna.ir/fa/news/3734047

Teqlər: iqna ، hindistan ، bƏƏ ، süni intellekt
captcha