IQNA

15:00 - August 18, 2018
Xəbər sayı: 3483685
Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş baş katibi Kofi Annan bu gün, həftənin şənbə günü, 18 Avqust 2018-ci il, 80 yaşında ikən dünyadan köçdü.

BMT-nin keçmiş baş katibi öldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş baş katibi Kofi Annan bu gün, həftənin şənbə günü, 18 Avqust 2018-ci il, 80 yaşında ikən dünyadan köçdü.

Bu barədə "Annan" xeyriyyə fondunun rəsmi informasiya portalı xəbər verib. Xəbərdə deyilir ki, Qana respublikasının vətəndaşlığını daşıyan Kofe Annan səksən yaşında İsveçrənin Born şəhərinin xəstəxanalarından birində vəfat edib.

Kofi Annan 1997-ci ildən 2006-cı ilədək BMT-nin baş katibi vəzifəsində çalışıb. O, BMT-nin yeddinci baş katibi olub.

Kofi Annan sonralar BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi və Myanma böhranı ilə mübarizə komissiyasının rəisi vəzifələrində işləyib.

Annan beynəlxalq humanitar fəaliyyətlərinə görə, "Nobel Sülh Mükafatı"na da layiq görülmüşdür.         

http://iqna.ir/fa/news/3739438

Teqlər: kofi annan ، bmt ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: